Ötən il mobil operatorların əldə etdikləri gəlir açıqlanıb

Cəmiyyət


İnformasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən 2023-cü il ərzində əvvəlki illə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 16,3% artaraq 3 206,5 milyon manat təşkil edib ki, onun da 71,8%-i əhali tərəfindən istehlak olunub.

Dövlət Statistika Komitəsi xəbər verir ki, xidmətlərdən əldə edilən gəlirin 36,1%-i və ya 1 158,5 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

Qeyd edək ki, ötən il mobil operatorların gəlirləri əvvəlki illə müqayisədə 11% artıb. Belə ki, 2022-ci il ərzində mobil telefon rabitəsi sahəsində 1 042,7 milyon manat gəlir əldə edilib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir