Voleybol üzrə Azərbaycan çempionatında mübarizə aparan “Xarı Bülbül Laçın” klubu fəaliyyətini dayandırıb.
Bu barədə Bizim.media-ya klubun təsisçisi İlqar İmanquliyev məlumat verib. Onun sözlərinə görə, maliyyə çətinliyi klubun yaşamasına imkan verməyib:
“Artıq neçə ay idi ki, ciddi maliyyə çətinliyimiz var idi. Oyunçuların maaşlarını ödəyə bilmirdik. Sponsorlara müraciət etdik. Ancaq heç kim komandaya yaxın durmadı. Ona görə də “Xarı Bülbül Laçın” klubu dağıldı”.
İlqar bəyin sözlərinə görə ölkə çempionatının lideri olan kişilərdən ibarət “Xarı Bülbül Şuşa” komandasını da eyni aqibət gözləyir. Böyük ehtimalla yaxın günlərdə bu klubun da fəaliyyətini dayandırması rəsmi şəkildə elan olunacaq. Xatırladaq ki, 2022-ci ildə yaranan “Xarı Bülbül Laçın” klubu keçən il çempionatı ikinci yerdə başa vurduğu üçün ölkəmizi bu il Avrokuboklarda da təmsil etmişdi.
www.102info.az