Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Davos İqtisadi Forumu çərçivəsində “Ticarət və investisiya liderliyi naharı” sessiyasında iştirak edib.
Bununla bağlı nazir rəsmi “X” hesabında paylaşım edib.
Paylaşımda bildirilir:
“Davos İqtisadi Forumu çərçivəsində baş tutan “Ticarət və investisiya liderliyi naharı” sessiyasında Azərbaycanın investisiya imkanları, işğaldan azad edilmiş ərazilərimizin, sənaye zonalarımızın yüksək iqtisadi potensialı və zəngin resurslarımızın dayanıqlı inkişaf üçün perspektivləri barədə məlumat verdik.
Rəqəmsal həllər əsasında iqtisadi inkişafın, dövlət-özəl tərəfdaşlığını təmin edən layihələrin artırılmasının və investisiyaların diversifikasiyasının əhəmiyyətini vurğuladıq”.
Davos İqtisadi Forumu (@wef) çərçivəsində baş tutan “Ticarət və investisiya liderliyi naharı” sessiyasında #Azərbaycan-ın #investisiya imkanları, işğaldan azad edilmiş ərazilərimizin, #sənayezonaları-mızın yüksək iqtisadi potensialı və zəngin resurslarımızın dayanıqlı inkişaf… pic.twitter.com/4dgRHarKbJ
— Mikayil Jabbarov (@MikayilJabbarov) January 19, 2024
www.RIA24.az