Kanadalı yüngül atlet Şon Barber 29 yaşında tibbi fəsadlar səbəbindən dünyasını dəyişib.
Bu barədə Akron Universitetinin (ABŞ) atletika fakültəsinin mətbuat xidməti məlumat yayıb.
Açıqlamada idmançının bir müddətdir ki, xəstəlik səbəbindən səhhətində problemlər yaşadığı qeyd edilib. O, Kinqsvuddakı (ABŞ) evində dünyasını dəyişib.
Şüvüllə tullanma üzrə idmançı 2015-ci il Dünya Çempionatının qalibi olub. O, bu idman növü üzrə dünya çempionatında Kanada komandasına ilk medalı qazandırıb. 2016-cı ilin yanvarında qapalı yarışda 6,00 m-lik nəticə əldə edərək ölkə rekordunu qırıb. 2016-cı il olimpiadasında Barber 10-cu yeri tutub.
www.102info.az