Ölü körpəsini 35 il bətnində gəzdirən qadın həkimləri şoka saldı – FOTO

Maraqlı


Əlcəzairdə şiddətli qarın ağrısı şikayəti ilə tibb müəssisəsinə müraciət edən 73 yaşlı qadın həkimləri şoka salıb. Belə ki, rentgen çəkilişləri zamanı onun bətnində təxminən 7 aylıq və çəkisi 2 kq-dan çox olan “daş körpə” aşkarlanıb.

Həkimlər qadının 35 il ərzində bunun fərqinə varmamasından və adi həyat tərzinə davam etməsindən heyrətə düşüblər.

Əməliyyatla döl götürülüb, qadının vəziyyəti normal qiymətləndirilir.

Qeyd edilib ki, bu “Litopediya” adlı nadir xəstəlikdir, adətən ektopik hamiləlik zamanı döl ananın bətnində ölür və sonra daşlaşmağa başlayır.

Ümumilikdə bəşər tarixində 290 belə hal məlumdur.

Mənbə: News.ru

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir