Suvarmağa ehtiyac duyulmadan böyüyən robot-bitki – VİDEO

Maraqlı


İtaliya Texnologiya İnstitutunun (Istituto Italiano di Tecnologia) alimləri əsl bitki kimi işıq mənbələri istiqamətində böyüməyə qadir olan “FiloBot” adlı cihaz yaradıblar.

Qeyd olunur ki, robotun yuxarı hissəsində konusvari başlıq, aşağıda enerji təchizatı/baza stansiyası və aralarında gövdəyə bənzər korpus var. Böyüdükcə botun korpusu uzanır. O, baş hissəsində yerləşən mini-3D printer və termoplastikdən hazırlanmış ipin dolandığı çarx sayəsində buna nail olur.

İp qızdırılmış ekstruderdən keçir və tədricən açılır. Beləliklə, robot özü soyuduqca bir-biri ilə birləşən ərimiş plastikin ardıcıl bükülmüş qatları şəklində öz gövdəsini 3D printerdə çap edir.

İşıq sensorları, giroskop və digər quraşdırılmış elektronikadan asılı olaraq, plastikin temperaturu, oriyentasiyası və çökmə sürəti daim dəyişir. Beləliklə, “FiloBot” həmişə işığa doğru və yuxarı qalxaraq bədəninin böyüdüyü istiqamətə nəzarət edə bilər.

Bundan əlavə, üzüm meynəsi çubuqlara sarıldığı kimi robot da avtomatik olaraq şaquli dayaqların ətrafına sarılır, bu da ona bədənini inkişaf etdirmək üçün daha az vaxt və enerji sərf etməyə imkan verir. Ancaq bot dayağı aşkar etmirsə və başı açıq yerə çatırsa, o zaman bədəni sərtləşir və özünü saxlaya bilir.

Mənbə: Newatlas

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir