Londonun “Vest Hem” klubu “Mançester Siti”nin yarımmüdafiəçisi Kalvin Fillipsi bu mövsümün sonuna qədər icarəyə götürmək barədə razılığa gəlib.
Bu barədə jurnalist Alan Nikson xəbər yayıb.
Məlumata görə, yarımmüdafiəçinin maaşını və bonuslarını “Vest Hem” klubu özü ödəyəcək.
Fillipsin daimi olaraq London klubuna keçməsi haqda isə hələ söhbət getmir.
Daha əvvəl “Nyukasl Yunayted”in 28 yaşlı Kalvinlə maraqlandığı bildirilirdi.
Mənbə: championat.ru
www.102info.az