Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsindəki obyektdə baş vermiş yanğın söndürülüb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
09:38
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsində obyektdə yanğın olması barədə ilkin məlumat daxil olub.
FHN-dən verilən xəbərə görə, məlumatla əlaqədar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.
Əlavə məlumat veriləcək.
www.102info.az