Bu il müsəlman ölkələrində “Şuşa günləri” keçiriləcək.
Bu, Baş nazir Əli Əsədovun təsdiqlədiyi “Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nda əksini tapıb.
Tədbirdə folklor incəsənət qruplarının, Qarabağ xalçalarının, foto və rəsm əsərlərinin, videoçarxların nümayişi, kitab təqdimatlarının keçirilməsi nəzərdə tutulur.
Tədbirlər Planı çərçivəsində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş qərargahında Şuşaya həsr edilmiş birgə elmi və mədəni tədbirlərin (konfrans, konsert, təqdimat, sərgi, film nümayişi, müsabiqə və s.) təşkili də nəzərdə tutulub.
Bununla bağlı, Mədəniyyət Nazirliyi, Xarici İşlər Nazirliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Diasporla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyasına müvafiq tapşırıqlar verilib.
www.RIA24.az