Azərbaycanın Moldovaya yeni təyin olunmuş səfiri Ülvi Baxşəliyev etimadnaməsini Moldova Prezidenti Maya Sanduya təqdim edib.
Bu barədə o, “X” səhifəsində paylaşım edib.
“Azərbaycanın Moldovada səfiri kimi işə başlayaraq, bu vəzifəyə layiq görüldüyüm üçün Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə dərin minnətdarlığımı ifadə edirəm. Bu yüksək etimadı doğrultmaq üçün səylərimi əsirgəməyəcəyəm”, – o qeyd edib.
Azərbaycanın Moldovada səfiri kimi işə başlayaraq, bu vəzifəyə layiq görüldüyüm üçün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə dərin minnətdarlığımı ifadə edirəm. Bu yüksək etimadı doğrultmaq üçün səylərimi əsirgəməyəcəm. pic.twitter.com/dWMElYwIIo
— Ulvi Bakhshaliyev (@UlviB1972) January 23, 2024
www.102info.az