Britaniyalı sərnişinin diqqəti böyük faciənin qarşısını alıb. Hadisə Mançester hava limanında yaşanıb.
Bildirilir ki, 41 yaşlı Fil Hardinin qanadda dörd boltun olmadığı barədə pilot heyətini xəbərdar edib. Bundan sonra ABŞ-nin Nyu-York şəhərinə uçması planlaşdırılan “Virgin Atlantic” şirkətinə məxsus təyyarədə reys ləğv edilib.
Səyyah mühəndislərdən birinin təyyarənin qanadına dırmaşması və yoxlama işləri aparması ilə bağlı kadrları təqdim edib.
Mənbə: TRT Haber
www.102info.az