Mərkəzi Seçki Komissiyası (MSK) vətəndaşlara seçki hüququndan istifadə etməklə bağlı çağırış edib.
Oxu.Az xəbər verir ki, MSK-nın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birgə layihəsi çərçivəsində seçicilərin məlumatlandırılması üçün mobil operatorlar vasitəsilə vətəndaşlara seçki hüququndan istifadə etməklə bağlı bildirişlər göndərilməyə başlanılıb.
Bildirişlər yanvarın 23-dən etibarən göndərilir.
Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçiriləcək.
www.RIA24.az