“Barselona”nın prezidenti “Real”ın futbolçusunu simulyasiyada ittiham edib

Dünya


“Barselona”nın prezidenti Joan Laporta “Real”ın yarımmüdafiəçisi Cud Bellinqhemi “Madrid” komandası ilə “Almeriya” matçında simulyasiyada ittiham edib.

“Futbol oynayan hər bir kəs üçün vacib olan bir məqam var: Bellinqem qazonda uzanan zaman hakimə baxır, sanki deyir: “Görək onu aldatmışam, ya yox.” Sonra oyun davam edir və qol gəlir, mənim fikrimcə, hər şey qaydalara uyğundur”, – deyə Laporta bildirib.

Xatırladaq ki, “Real” İspaniya Primerasının 21-ci turunun matçında “Almeriya”ya 3:2 hesabı ilə qalib gəlib. Görüş zamanı “Almeriya”nın xeyrinə həll olunmayan üç mübahisəli epizod yaranıb, oyunun baş hakimi Fransisko Xose Hernandes Mayeso qərar vermək üçün videotəkrardan istifadə edib.

Mənbə: Mundo Deportivo

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir