Cənub qütbündə imperator pinqvinlərin koloniyaları aşkar edildi – FOTO

Dünya


Britaniyanın Antarktika Tədqiqat İnstitutu (BAS) Cənub Qütbündə apardığı peyk müşahidələri nəticəsində imperator pinqvinlərin dörd yeni koloniyasını aşkar edib.

Bu barədə BAS-dan açıqlama verilib.

Açıqlamaya görə, buzlaqlarda həyat şərtlərinin dəyişməsi səbəbindən koloniyalar yerlərini dəyişir və bu yerdəyişmələr peyk vasitəsilə izlənilir.

Müşahidələr zamanı daha əvvəl məlum olan koloniyaların 30 kilometrdən çox yerdəyişmə etdiyi ortaya çıxıb və həmçinin kəşf olunmamış imperator pinqvinlərin yeni koloniyalarına rast gəlinib.

Yeni koloniyalardan birinin Makdonald buz dağlarında yaşadığı məlum olub.

Qeyd edilib ki, yeni koloniyaların kəşfi ilə Cənub qütbündəki imperator pinqvinlərin koloniyalarının sayı 66-ya çatıb.

Mənbə: Haber Global

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir