Yer kürəsində istixana qazlarının yeni mənbəyi peyda olub. Bunlar buzlaqların əriməsi ilə ortaya çıxan mamırlardır.
Bu barədə Rusiya Elmlər Akademiyasının Sibir Bölməsinin Krasnoyarsk Elmi Mərkəzinin alimləri elan ediblər. Onların araşdırmalarının nəticələri “Marine Pollution Bulletin” jurnalında dərc olunub.
Bildirilir ki, ötən ilin yayı Antarktidada rekord dərəcədə isti olub, qitə ətrafındakı dəniz buzunun miqyası 1979-cu ildən bəri ən aşağı səviyyə olub. Buzlaqların əriməsi nəticəsində səthdə minilliklər boyu buz qatının altında gizlənmiş fosil mamırlar meydana çıxıb.
İndi də həyati proseslər zamanı metan buraxan mikroorqanizmlər qədim mamırlara çıxış əldə ediblər. Beləliklə, qapalı dairə əmələ gəlir: artan temperatur buzların əriməsinə səbəb olur, onun altından çıxan mamırlar metan istehsal edən bakteriyalar üçün qidaya çevrilir və bu da öz növbəsində istiləşməyə səbəb olur.
www.RIA24.az