Rusiyanın məşhur “Bi-2” qrupunun üzvləri Tailandda saxlanılıblar.
Bu barədə Phuket əyalətinin turizm polisi departamentindən məlumat verilib.
Saxlanılma səbəbi kimi rok ifaçıların iş icazəsi olmadan Pattaya və Phuket əyalətində konsert vermələri göstərilib.
“Onlar cərimə ödəməli olacaqlar, məbləği məhkəmə müəyyən edəcək. Ola bilsin ki, məhkəmə iclası sabah keçirilsin”, – deyə turizm polisinin nümayəndəsi bildirib.
O da vurğulanıb ki, cəriməni ödədikdən sonra qanunu pozanlar Tailand qanunlarına görə ölkəni tərk etməlidirlər.
Mənbə: TASS
www.102info.az