Rusiyanın səs-küylü “Slovo Patsana. Krov na asfalte” serialında “Kaşşey” rolu ilə tanınan Nikita Koloqrivıy Ukraynanın “Mirotvorets” saytının məlumat bazasına daxil edilib.
Sayt aktyorun şəxsi məlumatlarını dərc edib və onun sosial şəbəkələrdəki səhifələrinə keçidlər verib.
Aktyor “Rusiya təcavüzünə ictimai dəstək”, “Ukraynanın dövlət sərhədini qəsdən pozmaq”, “Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə qəsd etmək”də ittiham olunub.
Qeyd edək ki, “Mirotvorets” portalı Ukraynanın təhlükəsizliyini təhdid etdiyi iddia olunan insanlar haqqında məlumatları dərc edir. Siyahı 2014-cü ildən tərtib olunur.
Mənbə: Gazeta.ru
www.RIA24.az