Tacikistan yığması ilk dəfə iştirak etdiyi Asiya Kubokunun 1/4 finalına yüksəlib

Dünya


Tacikistan yığması Asiya Kubokunun 1/8 finalında BƏƏ-ni penaltilər seriyasında məğlub edib – 1:1 (penalti 5:3).

Oxu.az xəbər verir ki, hesabı 30-cu dəqiqədə Vəhdət Xanonov açıb. BƏƏ komandası əsas vaxtın sonunda Xəlifə Əl Hammadinin qolu ilə hesabı bərabərləşdirib. Əlavə vaxtda komandalar qol vura bilməyiblər və penaltilər seriyasında Tacikistan millisinin futbolçuları daha dəqiq oynayıblar.

Tacikistan millisi Asiya Kubokunun ikinci 1/4 finalçısı olub. Bundan əvvəl Avstraliya İndoneziyaya qalib gələrək (4:0) bu mərhələyə adlayıb.

1/4 finalda Tacikistan İraq-İordaniya cütünün qalibi ilə qarşılaşacaq.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir