“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin polis əməkdaşları diləndirilən doqquz yaşlı uşağı aşkarlayıblar.
Bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkə hesabında paylaşım edib.
O qeyd edib ki, uşaq evinə qaytarılmamaq üçün polislərə yalvarıb:
“Uşaq dəhşətlər yaşayıb… Təhsildən yayındırılıb. Bədənində iltihablı yaralar var… Hər gün 70 manatdan çox pul qazanıb. O puldan özünə yemək xərci üçün götürəndə anası döyüb. Bu, azmış kimi, hər dəfə atasına da döydürüb. Valideynlər cəzalandırılmalıdırlar”, – K.Ağazadə qeyd edib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu Oxu.Az-a açıqlamasında bildirib ki, məsələ nəzarətdədir və araşdırılır.
www.102info.az