Həmid Herisçinin vəziyyəti açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) APA-nın sorğusuna cavab olaraq bildirilib ki, 1960-cı il təvəllüdlü tanınmış Azərbaycan yazıçısı, şair, publisist, aparıcı Həmid Herisçinin müalicəsi Sabunçu Tibb Mərkəzinin nəzdində olan Məmmədli modul tipli xəstəxanada davam etdirilir.
Səhhətində müsbət dinamika müşahidə edilir, vəziyyəti stabildir.
Xatırladaq ki, aparıcı Həmid Herisçi qızılcaya yoluxub. O, yanvarın 26-da xəstəxanaya yerləşdirilib.
www.102info.az