Şuşalı oğlan Dünya Alimlər Kubokundan 12 qızıl, dörd gümüş medal və xeyli alpaka qazanıb – FOTO

Maraqlı


Həmyerlimiz, Avropa Azərbaycan Məktəbinin 10-cu sinif şagirdi Murad Kərimli “World Scholar’s Cup” (Dünya Alimlər Kuboku) çempionatının regional raundunda 12 qızıl, dörd gümüş medal qazanaraq növbəti mərhələyə keçib və xarici ölkələrdə qlobal raundlarda iştirak şansı əldə edib.

Oxu.Az-ın məlumatına görə, Murad 4 may 2008-ci ildə Bakı şəhərində anadan olub. Qaradağ rayonunda yaşayır, Şuşa şəhərindən məcburi köçkündür.

O, 2022, 2023 və 2024-cü il olmaqla artıq üçüncü dəfədir ki, çempionata qoşulur. 2022-ci ildə bir medal, 2023-cü ildə yeddi medal, bir kubok, 2024-cü ildə isə 16 medal qazanıb. Hədiyyə olaraq aldığı alpaka oyuncaqları isə Dünya Alimlər Kubokunun rəsmi simvolu hesab edilir.

Qeyd edək ki, Dünya Alimlər Kuboku – hər il dünyanın 65 ölkəsindən 15 000-dən çox tələbənin qatıldığı, beynəlxalq akademik proqramdır.

Müsabiqə “DemiDec” prezidenti Daniel Berdiçevski tərəfindən 2006-cı ildə təsis edilib.

Əzizə İsmayılova

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir