Keçmiş məcburi köçkün: “Laçından çıxdığımız o ağrılı-acılı günləri heç xatırlamaq istəmirəm”

Müharibə


“Laçın əvvəlki Laçın deyil, günü-gündən inkişaf edir”.

Bunu Oxu.Az-a açıqlamasında bu gün Laçın şəhərinə köç edən keçmiş məcburi köçkün Vüqar Fərman oğlu Məmmədov deyib.

O bildirib ki, Laçında görülən abadlıq işləri göz oxşayır:

“Bu gün çox sevincliyik. Öz doğma yurdumuza qayıdırıq. Laçına köç edənlərlə tez-tez əlaqə saxlayırdıq. Hamısı çox tərifləyirlər. Deyirlər ki, artıq əvvəlki Laçın deyil, çox dəyişib, inişaf edib, abadlaşdırılıb. Mən əminəm ki, gələcəkdə daha da inkişaf edəcək, turizm sahələri yaradılacaq, balıqçılıq inkişaf edəcək, kənd təsərrüfatı üçün hər cür şərait yaradılacaq. Biz də sevinə-sevinə öz yurdumuza qayıdırıq. Laçından çıxdığımız o ağrılı-acılı günləri heç xatırlamaq istəmirəm. Ailəmlə qayıdıram doğma yurda. Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!”

Xatırladaq ki, bu gün növbəti köç karvanı Laçın şəhəri və Zabux kəndinə yola salınıb. Bu mərhələdə daha 23 ailə (72 nəfər) öz doğma yurduna köçürülür.

Aytac Qasımova

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir