“Real Madrid” uzun müddətdir ki, PSJ-nin hücumçusu Kilian Mbappenin kluba transferi ilə bağlı danışıqlar aparır, lakin futbolçunun transferi baş tutmaya bilər.
Bu halda “kral klubu” komandaya qoşula biləcək digər namizədlə bağlı qərar verib.
Məlumata görə, ispanlar üçün B planı “Milan”ın portuqaliyalı cinah hücumçusu Rafael Leaodur. Madrid klubu onu Mbappenin potensial əvəzləyicisi kimi görür.
Daha əvvəl Leao ilə “Nyukasl” və PSJ-nin də maraqlandığı bildirilib. Leao 2019-cu ildən “Milan”da çıxış edir.
Mənbə: championat
www.102info.az