Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycanın bu ölkəyə yeni təyin olunmuş səfiri Bünyad Hüseynovun etimadnaməsini qəbul edib.
Bu barədə Xinhua İnformasiya Agentliyi məlumat yayıb.
Məlumata əsasən, Si Cinpin bu gün bir neçə ölkənin, o cümlədən Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı səfiri Bünyad Hüseynovun etimadnaməsini qəbul edib.
Qeyd edək ki, Prezident İlham Əliyev 2023-cü il avqustun 29-da Bünyad Səməd oğlu Hüseynovun Azərbaycanın Çindəki fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Sərəncam imzalayıb.
www.RIA24.az