Azərbaycanın məşhur sənətçisi vəfat etdi – FOTO

Mədəniyyət


Azərbaycanın tanınmış sənətçilərindən biri, zərb alətləri ustası Eldar Qafarov ötən gecə 69 yaşında dünyasını dəyişib.

Milli.az xəbər verir ki, o, xroniki şəkərli diabet, böyrək çatışmazlığı və hipertoniyadan əziyyət çəkirdi.

Eldar Əliabbas oğlu Qafarov Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının (hazırkı Bakı Musiqi Akademiyasının) məzunu idi. O, zərb alətləri ixtisası üzrə professor Həsən Rzayevin sinfində təhsil alıb.

1983-cü ildə Yuli Qusmanın teatrında, 1984-89-cu illərdə Rəşid Behbudov adına Mahnı Teatrında, 1990-2000 illərdə isə Xalq artisti Zeynəb Xanlarovanın kollektivində fəaliyyət göstərib.

Müxtəlif illərdə Ramiz Mirişli, Emin Sabitoğlu, Faiq Sücəddinov, Brilliant Dadaşova, Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Akif Süleymanbəyli, İlqar Muradov, İlqar Xəyal kimi sənətkarlarla əməkdaşlıq edib.

Salman Qəmbərovun “Bakustik Jazz” və “Lətif”  layihələrinin iştirakçısı olub.

Almaniya, Fransa, İsveçrə, Monqolustan, Argentina, Avstriya, Ukraynada keçirilən musiqi festivallarında iştirak edib.

Son vaxtlar “AzTV”nin estrada ansamblında və Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində müəllim işləyirdi.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir