Fransada korsikalı fəallara qarşı NÖVBƏTİ REPRESSİYALAR – FOTO

Dünya


Fransada korsikalıların “Nazione” Milli Hərəkatının təsis qurultayından sonra hərəkat fəallarına qarşı repressiyalara başlanılıb.

Bu barədə Bakı Təşəbbüs Qrupu sosial şəbəkələrdə məlumat yayıb.

Məlumata görə, bu gün səhər saatlarında hərəkatın iki üzvü saxlanılaraq Borqu hərbi düşərgəsinə aparılıb. Günorta saatlarında isə onların həyat yoldaşları və başqa digər fəal Bastia polis bölməsinə çağırılıb.

Saxlanılma zamanı Fransa təhlükəsizlik qüvvələri xüsusilə qəddar üsullardan istifadə edib, fəalların yaşadıqları mənzilləri yararsız hala salınıb.

Bildirilir ki, baş verənlər Fransa dövlətinin öz xalqı uğrunda mübarizə aparan korsikalılara qarşı 254 illik repressiyasının bir hissəsidir.

“Bakı Təşəbbüs Qrupu “Nazione” istiqlal hərəkatı fəallarının və onların ailə üzvlərinin əsassız həbsini qətiyyətlə pisləyir, onların dərhal azadlığa buraxılmasını tələb edir. Fransa müstəmləkə altına aldığı xalqların öz fikirlərini sərbəst ifadə etmək hüququna hörmət etməlidir!”, – bəyanatda deyilir.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir