Moskvada mühafizəçi Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində keçirilən müasir incəsənət sərgisində rəsmin bir hissəsini qoparıb yeyib.
Məlumata görə, təşkilatçılar “Qızıl balığın qaçışı” adlı rəsm əsərinin bir hissəsinin qoparıldığını görüblər. Bunun hansı şəraitdə baş verdiyini öyrənmək üçün onlar müşahidə kameralarına baxmaq qərarına gəliblər.
Görüntülərdə mühafizəçinin eksponata yaxınlaşaraq bir hissəsini qopartdığı aydın olub. Sonra o, fraqmenti ağzına qoyur və yeməyə çalışır. Kişi yuxusuz gecə keçirdiyini, yorğun olduğunu, nə etdiyini anlamadığını bildirib.
Hadisədən sonra mühafizəçi işdən uzaqlaşdırılıb. Bildirilib ki, eksponat tezliklə bərpa olunacaq.
Mənbə: gazeta.ru
www.RIA24.az