Fevralın 7-nə təyin edilmiş növbədənkənar prezident seçkisində azad olunmuş Zəngilan şəhərində ümumilikdə 32 min 50 nəfər seçici səsvermə hüququndan yararlanacaq.
Bu barədə “Report”un Zəngilan şəhərinə ezam olunmuş əməkdaşına 125 saylı Zəngilan-Qubadlı dairə seçki komissiyasından məlumat verilib.
Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçiriləcək. Seçkidə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparacaqlar.
www.102info.az