Bakıda əmisi oğlunun həyat yoldaşını qaçırdıb, əmisi tərəfindən qətlə yetirilən şəxsin cinayət işinin təfərrüatı məlum olub.
Belə ki, Fərid və Hicranın (Adlar şərtidir) sevgisi kənddə başlayıb. Hicran Fəridin əmisinin gəlini idi.
Onlar xoşbəxt olmaq üçün Bakıya qaçmışdılar. Amma Fərid əmisi Bərxudarın kabusunu görürdü.
Hicranla Fərid elə Bakıya gəldikləri gün şəhərətrafı qəsəbələrin birində makler vasitəsilə kirayə ev tapıblar. Hicran ev işləri ilə məşğul olur, Fərid isə ona gələn telefon zənglərinə baxıb, həyəcan keçirir.
Növbəti günün səhəri zənglər dayansa da, Hicran və Fərid kənddəki valideynlərinin başına qorxulu nələrsə gəlməsi ehtimalı barədə söhbət edirlər. Hicran anası ilə danışmaq istədiyini desə də, Fərid hələ ki gözləmək lazım olduğunu deyir və elə bu vaxt sanki Bərxudarın kabusunun onlara baxdığı gözünə görünür. Dərhal ayağa qalxır, Hicran da təşviş keçirir. Fərid həyətdə heç kimin olmadığını görüb, özünü və onu sakitləşdirir.
Onların maddi vəziyyətləri də getdikcə pisləşirdi. Hicran Fəridə iş tapmaq lazım olduğunu deyir, Fərid isə iş axtaracağına söz verirdi. Beləliklə, Bərxudar onların arxasınca yaşadıqları qəsəbəyə qədər gəlib çıxır.
Mağazadan ərzaq alıb evə qayıdarkən Fərid və Hicranı görən Bərxudar onları kirayə qaldıqları evin qarşısına qədər izləyir. Gələnin kim olduğunu düşünmədən qapını açan Hicran qəfildən ona tərəf silah tuşlayan Bərxudarı görür. Bərxudar Hicranın ağzını əli ilə bağlayaraq içəri aparır. Qonaq otağında divanda oturan Fərid qəfil yerindən dik atılaraq qorxu içində nə edəcəyini bilmir.
Bərxudar səslərini çıxardıqları an onları öldürəcəyini deyir və hər ikisinə də tapşırır ki, dərhal çölə çıxsınlar. Bərxudar silah gücünə Fərid və Hicranı özü ilə avtomobilə oturdur və sürücüyə deyir ki, birbaşa kəndə sürsün. Daha sonra Bərxudar avtomobili kəndə gedən yolun kənarındakı ərazidə saxlatdırır və oradaca Fəridi qətlə yetirir.
Ətraflı Baku TV-nin süjetində:
www.102info.az