Trendyol Super Liqasının 24-cü turunda “Samsunspor” “Qalatasaray”la qarşılaşıb.
Oxu.az xəbər verir ki, qarşılaşma Türkiyənin Samsun şəhərinin yeni “19 Mayıs” stadionunda baş tutub. Tuqay Kaan Numanoğlu matçda fit çalıb. “Qalatasaray” səfərdə “Samsunspor”u 2:0 hesabı ilə məğlub etməyi bacarıb.
Sarı-qırmızılılara qələbə qazandıran qolları beşinci dəqiqədə Viktor Nelsson, 11-ci dəqiqədə isə Barış Alper Yılmaz vurub.
Bu nəticədən sonra xallarını 63-ə yüksəldən “Qalatasaray” Super Liqada liderliyi ələ keçirib. Markus Qisdolun məşqçilik etdiyi “Samsunspor” isə 26 xalda qalıb.
Qeyd edək ki, “Qalatasaray” Super Liqada gələn həftə “Başakşehir”i qəbul edəcək.
www.102info.az