ABŞ-li milyarder və “PayPal”ın həmtəsisçisi Peter Til dopinq və steroid istifadə edən idmançılar üçün “Steroidlər üzrə Olimpiada” (“Enhanced Games”) keçirmək qərarına gəlib.
Tilin maliyyələşdirdiyi bu turnirdə idmançılara performanslarını artırmaq üçün istənilən maddədən istifadə etmələrinə icazə veriləcək.
Yarışın üzgüçülük, gimnastika, ağır atletika, yüngül atletika və döyüş sənətləri olmaqla beş idman növü üzrə keçirilməsi nəzərdə tutulur.
İlk yarışların artıq 2025-ci ildə baş tuta biləcəyi bildirilir. Aprelin 17-də layihənin təqdimatı gözlənilir və yayda milyarder Beynəlxalq Olimpiya Komitəsinin rəhbəri Tomas Baxla görüşmək üçün Paris Olimpiadasına gedəcək.
Dərmanların insanlara təsirini araşdıran Aron Desouzanın sözlərinə görə, 900 idmançı turnirdə iştirak etməkdə maraqlı olduqlarını bildiriblər.
Bundan əlavə, turnir Olimpiya infrastrukturunun istismarı probleminə diqqət çəkə bilər.
Aron Desouzanın sözlərinə görə, oyunlar üçün tikilən meydançaların əksəriyyəti oyunlar başa çatdıqdan sonra istifadə olunmur, ona görə də “Steroidlər üzrə Olimpiada” turniri ildə bir dəfə mövcud meydançalarda keçiriləcək.
Mənbə: Lenta.ru, “Baza” “Telegram”
www.102info.az