Türkiyənin Kocaeli vilayətində güclü yanğın – FOTO/VİDEO

Dünya


Türkiyənin Kocaeli vilayətində güclü yanğın başlayıb. Hadisə Gebze rayonunda ətir və boya istehsal edilən fabrikdə baş verib.

Oxu.Az-ın məlumatına görə, bu barədə vilayətin administrasiya rəhbəri Seddar Yavuz xəbər verib.

Onun sözlərinə görə, hadisə nəticəsində xəsarət alan yoxdur.

Yanğının səbəbləri araşdırılır.

www.102info.az

Spread the love