Türkiyə Müdafiə Nazirliyi: “Qardaşlarımıza xoş gəldiniz deyirik” – FOTO

Siyasət

Sentyabrın 6-7-də Türkiyənin Konya şəhərində ənənvi “Turaz Şahini” hərbi təlimləri keçiriləcək.

Bu barədə Türkiyə Müdafiə Nazirlilyindən məlumat verilib.

Təlimlərdə iştirak etmək məqsədilə Azərbaycan Hərbi Hava Qüvvələrnə aid iki ədəd Miq-29 və iki ədəd Su-25 təyyarələri, həmçinin 78 nəfərlik şəxsi heyət artıq Konyaya gəlib.

Nazirliyin sosial şəbəkə səhifəsindən bu barədə məlumat paylaşılıb və “Qardaşlarımıza xoş gəldiniz deyirik”, – yazılaraq qeyd edilib.

Bununla yanaşı, səhifədə Azərbaycan və Türkiyə arasında bağlanmış hərbi əməkdaşlıq haqqında sazişə əsasən hər iki qardaş ölkə hərbçilərinin Azərbaycanda keçirilən birgə təlim-məşqlərindən də görünlülər dərc edilib.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir