İTV Bakının ictimai yerlərində pulsuz “Wi-Fi” probleminə həsr olunmuş süjet hazırlayıb.
Süjetdə bildirilir ki, heç də hər yerdə açıq “Wi-Fi”ya rast gəlinmir.
Sual yaranır: İctimai “Wi-Fi”ın əhatə dairəsi hansı prinsiplərə uyğun müəyyən edilir?
“Aztelekom” MMC-dən bildirilib ki, ictimai “Wi-Fi” xidmətinin təqdim edildiyi ərazilər istifadə intensivliyi və tələbat səviyyəsinə müvafiq olaraq müəyyən edilir.
Qeyd edilib ki, ictimai “Wi-Fi” xidmətinin yeni ərazilərdə tətbiq edilməsi hazırda nəzərdə tutulmur.
Daha ətraflı süjetdə:
www.102info.az