Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yeni hökumət kabinetini formalaşdırır.
Tokayevin müvafiq fərmanı ilə Oljas Bektenov Qazaxıstanın yeni baş naziri olub.
Kabinetin üç üzvü əvvəlki vəzifəsinə yenidən təyin edilib.
Bunlar Murat Nurtleu (baş nazirinin müavini, eyni zamanda, xarici işlər naziri), Ruslan Jaksılıkov (müdafiə naziri), Yerjan Sadenovdur (daxili işlər naziri).
Qeyd edək ki, dünən Kasım-Jomart Tokayev hökumətin istefası haqqında fərman imzalamışdı.
Mənbə: Sputnik Qazaxıstan
www.102info.az