Ötən il adını, ata adını və soyadını dəyişənlərin statistikası açıqlanıb.
Ədliyyə Nazirliyindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, qeyd edilən məsələlərlə bağlı ümumilikdə 46 345 müraciət daxil olub.
“2023-cü il ərzində qeydiyyat orqanlarında 2 492 vətəndaş adını, ata adını və soyadını dəyişdirib.
Müraciət edən 43 862 nəfərin isə soyad sonluğunun dəyişdirilməsi dövlət qeydiyyatına alınıb”, – rəsmi məlumatda bildirilib.
Qeyd edək ki, Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir.
www.102info.az