Vahid Əziz: “Xankəndidə, Şuşada səsvermənin kadrlarına baxanda gözlərim doldu”

Siyasət


“60 ilə yaxındır ki, seçkilərdə iştirak edirəm. Həyatımda ilk dəfədir ki, seçki məntəqəsində belə növbə görürəm. Bu o deməkdir ki, seçki xalq tərəfindən böyük coşqu ilə qarşılanır”.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Xalq şairi Vahid Əziz deyib.

“İlk dəfədir 30 ildən sonra bütöv Azərbaycan səs verir. Səhər efirdə görəndə ki, Xankəndidə, Şuşada səsvermə başlayıb gözlərim doldu. Hər bir azərbaycanlı üçün bundan böyük xoşbəxtlik yoxdur”, – deyə o əlavə edib.

Xalq şairinin sözlərinə görə, növbədənkənar prezident seçkisi Azərbaycan tarixində milli bayram kimi qeyd olunmalıdır.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir