Azərbaycanda növbədənkənar prezident seçkisi qüsursuz təşkil olunub.
“Report”un Rusiya bürosunun məlumatına görə, bunu prezident seçkisini müşahidə edən rusiyalı siyasi ekspert Yevgeni Mixaylov deyib.
“Mən indi Bakıdayam və vətəndaşların seçki məntəqələrində necə növbələrə durduğunun şahidi olmuşam. Hər yerdə nizam-intizam var. Təhlükəsizlik tədbirləri çox yaxşı təşkil olunub, hər şeyi izləyən çoxlu polis əməkdaşları var. Seçkilərin təşkili baxımından hər şey tam qüsursuz həyata keçirilib”, – o qeyd edib.
“Azərbaycan xalqı başa düşür ki, qlobal dəyişikliklərin belə çətin dövründə ölkəyə rəhbərlik edəcək şəxsin seçilməsi son dərəcə böyük məsuliyyətdir. Buna görə Azərbaycan əhalisi fəal şəkildə seçkilərdə iştirak edir”, – Y.Mixaylov vurğulayıb.
www.RIA24.az