Kot-d’İvuar və Konqo DR-in komandaları arasında 2024-cü il Afrika Millətlər Kubokunun yarımfinal oyunu başa çatıb.
Oxu.Az xəbər verir ki, görüş Abidjandakı (Kot d’İvuar) “Olimpik Alassane Uattara” stadionunda baş tutub. Kot-d’İvuar 1:0 hesabı ilə qalib gəlib.
65-ci dəqiqədə Kot-d’İvuarlıların hücumçusu Sebastyen Aller hesabı açaraq komandasını önə çıxarıb. Ona Maks-Alen Qradel köməklik edib.
Beləliklə, 2024-cü il Afrika Millətlər Kubokunun final oyununda Kot-d’İvuar və Nigeriya milliləri arasında qarşıdurmanın şahidi olacağıq. Bu görüş fevralın 11-də baş tutacaq. Konqo DR komandası isə fevralın 10-u Cənubi Afrika ilə üçüncü yer uğrunda mübarizə aparacaqlar.
www.102info.az