Türkiyənin məşhur musiqiçisi Mahsun Kırmızıgül qızı Lavi ilə birlikdə xəstəxanada görüntülənib.
Bununla bağlı jurnalistlərə açıqlama verən ifaçı övladı xəstələndiyi üçün tibb müəssisəsinə getdiklərini bildirib. Lavinin səhhəti ilə bağlı danışanda isə ciddi problem olmadığını vurğulayıb.
Bununla belə, Mahsun Kırmızıgülün fikirli olması gözlərdən yayınmayıb. Belə ki, ifaçı jurnalistlərdən ayrıldıqdan sonra öz avtomobili əvəzinə başqasının maşınına minib. Lakin sonra səhv etdiyini anlayaraq düşüb.
O da vurğulanıb ki, Lavinin anası və Kırmızıgülün keçmiş arvadı Ece Bina xəstəxanadan onlardan sonra çıxıb və öz avtomobili ilə oradan uzaqlaşıb.
Mənbə: Haber Global
www.RIA24.az