Filippinin Davao-de-Oro əyalətində baş verən sürüşmə nəticəsində 86 şaxtaçının olduğu bir neçə avtobus torpağın altında qalıb.
Bu barədə yerli administrasiyadan xəbər verilib.
Bildirilib ki, təbii fəlakət nəticəsində azı altı mədən işçisi ölüb, 31 nəfər yaralanıb. Daha 46 fəhlə itkin düşmüş hesab olunur.
Hadisə yerində axtarış-xilasetmə əməliyyatı aparılır.
Qeyd edək ki, torpaq sürüşməsinə səbəb ölkədə təxminən 10 gündür yağan güclü yağışlar olub.
Mənbə: TASS
www.RIA24.az