Ukrayna Prezidenti Volodimir Zelenski İlham Əliyevi növbədənkənar prezident seçkisində qazandığı inamlı qələbə münasibətilə təbrik edib.
AZƏRTAC xəbər verir ki, bununla bağlı Volodimir Zelenski “X” sosial şəbəkə hesabında paylaşım edib.
Paylaşımında Volodimir Zelenski İlham Əliyevə Azərbaycan xalqının rifahı naminə bundan sonra da uğurlu və məhsuldar fəaliyyət arzulayıb.
“Mən ölkələrimizin suverenliyi və ərazi bütövlüyünə qarşılıqlı dəstəyi yüksək qiymətləndirirəm. Dövlətimizin azadlıq mübarizəsinin tarixi dövründə humanitar və digər yardımlara görə Azərbaycana minnətdarıq”, – deyə Ukrayna Prezidenti bildirib.
“Prezident Əliyevlə şəxsi konstruktiv və etibarlı münasibətimi, razılaşmaların həyata keçirilməsini və komandalarımız arasında səmərəli qarşılıqlı fəaliyyəti yüksək qiymətləndirirəm. Əminəm ki, Ukrayna və Azərbaycan arasında strateji əlaqələr yalnız möhkəmlənəcək”, – deyə Volodimir Zelenski təbrikində vurğulayıb.
Вітаю @azpresident Ільхама Алієва з обранням Президентом Азербайджану на новий термін. Бажаю подальшої успішної й результативної діяльності на благо 🇦🇿 народу. Ціную взаємну підтримку суверенітету та територіальної цілісності наших держав.
Вдячні Азербайджану за гуманітарну й…
— Volodymyr Zelenskyy / Володимир Зеленський (@ZelenskyyUa) February 8, 2024
www.RIA24.az