TDT Bakı, Şuşa və Xankəndidə seçki prosesindəki müşahidənin nəticələrini açıqlayıb

Siyasət


“Azərbaycan Respublikasının dəvəti ilə TDT müşahidələr aparıb”.

Oxu.Az xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi ilə bağlı müşahidələrinin nəticələrinə dair brifinqdə deyib.

O bildirib ki, missiya seçki günü Bakıda, Şuşada, Xankəndidə və Xocalıda monitorinqlər aparıb:

“Missiyamız 22 məntəqəyə baş çəkib. Seçki prosesi zamanı missiyamız heç bir qanunsuzluq, narazılıq müşahidə etməyib. Hər şey qanunauyğun idi. Seçicilərin rahatlığı üçün hər cür şərait yaradılmışdı. Müşahidə missiyamız seçkiyə təsir edə biləcək hər hansı bir mənfi halla qarşılaşmayıb. Seçki məntəqələrində beynəlxalq və yerli müşahidəçilər üçün əlçatanlıq təmin olunmuşdu.

Müşahidəçilər bütün məntəqələrdə seçkiyə nəzarət edə bilirdilər. Həmçinin, missiya onu da müşahidə etdi ki, bütün seçki məntəqələri lazımi texnikalarla təmin olunmuşdu. Nəticə olaraq missiya bu qərara gəldi ki, Azərbaycanda növbədənkənar prezident seçkisi açıq və şəffaf keçirilib”.

Nəzrin Vahid

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir