Qadcetlərdən gələn göy və ya mavi işıq dərinin qocalmasını sürətləndirir.
Bu barədə rusiyalı kosmetoloq Oksana Çaşçina xəbərdarlıq edib.
Çaşçina izah edib ki, melanositlər melanosomların sayını artırmaqla ekranların parıltısına cavab verir. Bütün bunlar dəri rənginin qeyri-bərabər olmasına səbəb olur.
Bundan əlavə, mütəxəssis gözün tor qişasında da piqment hüceyrələrinin olduğunu deyib. Buna görə də, daimi olaraq smartfondan gələn mavi işığa məruz qalma görmə itiliyinin azalmasına səbəb ola bilər.
“Qadcetlərin parıltısı səbəbindən yuxuya cavabdeh olan melatoninin ifrazı pozulur”, – deyə kosmetoloq bildirib.
Həkim xəbərdarlıq edib ki, ekranlardan gələn mavi işıq bütün orqanizmin qocalmasını sürətləndirir. O, smartfonlardan istifadənin zərərini minimuma endirmək üçün onları sarı, daha az təhlükəli işıq rejiminə keçirməyi tövsiyə edib. Həmçinin həkiminiz tərəfindən seçilən, tərkibində SPF və turşular olan kosmetik vasitələrdən də istifadə etməyiniz məsləhət görülüb.
Mənbə: aif.ru
www.RIA24.az