Yerdə maqnit qasırğası başlayıb: Mütəxəssisdən tövsiyələr

Maraqlı


Bu gün, fevralın 9-da Yer kürəsini maqnit qasırğası vurub. Belə ki, Günəşdə M5.18 güclü partlayışdan sonra daha zəif (M3.49) partlayış qeydə alınıb. Bununla belə, son plazma partlayışı əvvəlkinin təsirini gücləndirib – yüklü hissəciklərin axınları birləşib.

Bakı vaxtı ilə 17:00-dan gecə yarısına kimi maqnit sahəsində rəqslərin gücü 3 bal təşkil edəcək. “Çalxalanmalar” isə artıq başlayıb və Bakı vaxtı ilə 17:00-a qədər olacaq. Bu zaman geotəsirlərin gücü zəif maqnit qasırğası üçün xarakterik olan 4 bala çatacaq.

Maqnit qasırğalarından ilk növbədə yaşlılar və uşaqlar, eləcə də immuniteti zəifləyənlər əziyyət çəkirlər.

Maqnit qasırğaları zamanı meteohəssas insanlar nə etməlidirlər:

Gündə ən az 7-8 saat yatmaq;

Qəhvə, siqaret, spirt, enerji içkiləri, yağlı, ədviyyatlı və qızardılmış qidalardan uzaq durmaq;

Mümkünsə, sakit bir mühitdə daha çox vaxt keçirmək, daha tez-tez təmiz havada gəzmək və mənzilləri mütəmadi olaraq havalandırmaq;

Münaqişələrdən və mübahisələrdən çəkinmək – stres qan təzyiqinin artmasına səbəb olur.

Mənbə: MK.ru

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir