Yunanıstanda matəm elan edildi – FOTO

Cəmiyyət Dünya

Türkiyənin İstanbul şəhərində yerləşən Aya Sofiya məscidi ibadət üçün qapılarını açdığına görə Yunanıstanda bir günlük matəm elan olunub.

“HaberGlobal” məlumat verir ki, Aya Sofiyada cümə namazı qılınmağa başlayandan bir neçə saat əvvəl Yunanıstanda kilsələrdə bayraqlar yarıya qədər endirilib.

Yunan kilsəsinin Baş yepiskopu Yeronimos Aya Sofiyanın məscidə çevrilməsini “dinə əks olan çirklənmə” adlandıraraq, “bu gün bütün xristian dünyası üçün matəm günüdür” deyib.

O bildirib ki, bu axşam Müqəddəs Məryəmin şərəfinə xüsusi ritualda “Akasist” ayinini oxuyacaqlar.

Qeyd edək ki, eyni mərasim 1453-cü ildə Osmanlı dövlətinin İstanbulu fəthi zamanı təşkil olunub.

86 il sonra Aya Sofiyanın ibadətə açılması dünya mətbuatında böyük maraq yaradıb. Aya Sofiya məscidində Quran oxunması Yunanıstan televiziyasında canlı olaraq yayımlanıb.

Digər tərəfdən, müxtəlif dini və millətçi qrupların bir çox şəhərlərdə, xüsusən Afina və Salonikidə etiraz aksiyaları keçirməsi gözlənilir.

İstanbulun fəthinə qədər 916 il ərzində kilsə olaraq, 1453-cü ildən 1934-cü ilə qədər məscid kimi istifadə edilən Aya Sofya 86 il muzey kimi fəaliyyət göstərib.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir