Litvada ölkədəki bütün enerji doldurma stansiyaları ilə birlikdə 30 min elektrik avtomobili fəaliyyətini dayandırıb.
Qeyd olunub ki, “Just Evil” qrupundan (keçmiş “KillNet”) olan rusiyalı hakerlər Baltikyanı ölkələrdə, eləcə də Finlandiya və Polşada elektrik enerjisinin istehsalı və paylanması ilə məşğul olan “Ignitis Grupė” şirkətinin sisteminə giriş əldə ediblər.
Hakerlər elektrik yanacaqdoldurma məntəqələrinin müştərilərindən alınan məlumatları paylaşacaqlarını və sonra onların elektrik yanacaqdoldurma məntəqələrinə girişini həmişəlik bloklayacaqlarını bildiriblər.
Mənbə: “Mash” “Telegram” kanalı
www.102info.az