“Azadinfo.az” saytının rəhbəri Mahir Xəttab Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
O, hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilib.
Baş Prokurorluğun Mətbuat Xidmətindən Publika.az-a faktı təsdiqləyiblər.
Qurumdan bildiriblər ki, faktla bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.
Xatırladaq ki, “Azadinfo.az saytının rəhbəri Mahir Xəttab dünən axşam saatlarında saxlanılıb.