Sahibkarın oğlunun evindən yüzminlərlə manatlıq oğurluq edən xadiməyə hökm oxundu

Kriminal


“Sədərək” ticarət mərkəzinin sahibi Yusif Qədimbəylinin oğlu Orxan Qədimbəylinin evindən 803 min manatlıq oğurluq etməkdə ittiham olunan xadimə Ruzan Cabbarovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, R.Cabbarova 11 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Ruzan Cabbarova Orxan Qədimbəylinin İçərişəhərdə yerləşən evində xadimə işləyib.

İstintaq sənədlərinə görə, Ruzan Cabbarova Orxan Qədimbəyli və onun həyat yoldaşı Fəridə Qədimovaya məxsus olan qızıl-zinət əşyaları və nağd pul oğurlayıb. O, ümumilikdə Oxran Qədimbəyli və Fəridə Qədimovaya 803 118 manat ziyan vurub.

Ruzan Cabbarova bu ittiham üzrə özünü qismən təqsirli bilib. O, istintaqa verdiyi ifadəsində göstərib ki, zərərçəkmişlərin evində işlədiyi dövrdə ehtiyacı olduğu üçün qızıl-zinət əşyaları və nağd pul oğurlayıb. Həmin ziyan da 217 min manat olub və apardığı əşyaları yaşadığı Zabrat qəsəbəsində evinin həyətində yerləşən torpaq sahəsinə basdırıb.

Daha sonra işin üstü açılandan sonra pul, qızıl və digər əşyaların yerini polislərə özü göstərib. Ruzan Cabbarovanın göstərdiyi yerdən həmin əşyalar tapılaraq sahiblərinə qaytarılıb.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir