Casusluqda ittiham olunan xarici ölkə vətəndaşı Hamid Musa oğlu Pourkazem barəsində istintaqı yekunlaşmış cinayət işi üzrə Naxçıvan Ağır Cinayətlər Məhkəməsində məhkəmə icraatı başlayıb.
“Report” xəbər verir ki, cinayət işi hakim Hüseyn Məmmədovun icraatına verilib.
Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 276-cı (casusluq) maddəsi ilə ittiham irəli sürülüb.
Dövlət Təhlükəsizliyi Xidmətində aparılmış cinayət işi üzrə Hamid Pourkazem həbsdədir.
www.102info.az